“Araz Naxçıvan” Topaz Premyer Liqasında!
02 may 2014 18:59 (UTC +04:00)

“Araz Naxçıvan” Topaz Premyer Liqasında!

“Araz Naxçıvan” klubu futbol üzrə Topaz Premyer Liqasına vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, I diviziondakı XXVIII turda baş məşqçi Əsgər Abdullayevin komandası səfərdə “Şəmkir” üzərində 2:1 hesablı qələbə sayəsində 1-ci pillədə əlçatmaz olub.

 

Hazırda 73 xala malik Naxçıvan təmsilçisi ən yaxın izləyicisi “Neftçala”nı 15 xal qabaqlayır. Düzdür, “Neftçala”nın finişədək 4, “Araz Naxçıvan”ın 2 oyunu qalır. Amma hətta Muxtar Respublika təmsilçisi qalan oyunlarda uduzsa belə, 1-ci pillədən enməyəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961

Oxşar yazılar