“Anji”dən tarixi uğur
21 may 2013 10:48 (UTC +04:00)

“Anji”dən tarixi uğur

“Anji” klubu tarixində ilk dəfə futbol üzrə Rusiya Premyer Liqasının mükafatçıları sırasına düşüb. Lent.az-ın məlumatına görə, Mahaçqala şəhərini təmsil edən komanda 29-cu turda “Lokomotiv” üzərində 2:1 hesablı qələbə sayəsində bürünc medalı təmin edib.

 

Hesabı Moskva təmsilçisinin əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov açıb. Bundan sonra “Lokomotiv”in xorvatiyalı legioneri Vedran Çorluka topu öz qapısına göndərib. Matçda son nöqtəni isə “Anji”nin kamerunlu hücumçusu Samüel Eto O vurub.

 

Bu qələbə sayəsində Dağıstan komandası xallarını 53-ə çatdıraraq, 3-cü yerdə möhkəmlənib və ən yaxın izləyiciləri “Spartak” və “Kuban” üçün əlçatmaz olub.

 

Qeyd edək ki, qızıl medalı MOİK, gümüş medalı isə “Zenit” təmin edib. Bu iki klub Çempionlar Liqasına, “Anji” isə Avropa Liqasına vəsiqə qazanıb. Üstəlik, 1991-ci ildə yaradılmış Mahaçqala komandası iyunun 1-də Rusiya Kubokunun finalında MOİK-lə üz-üzə gələcək. Azərbaycan yığmasının futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin” hazırda 47 xalla 7-ci pillədədir. Kazan komandası sonuncu turda evdə “Krasnodar”dan xal ala bilməsə, Avropa Liqasına vəsiqə verən 6-cı pillədən də məhrum olacaq.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177
avatar

Oxşar yazılar