“Traktor” klubu gümüş medalların sahibidir
11 may 2013 06:48 (UTC +04:00)

“Traktor” klubu gümüş medalların sahibidir

 

 Mayın 10-da İranın futbol üzrə ölkə çempionatının 34-cü həftəsində Təbrizin “Traktor” komandası doğma divarlar arasında Tehranın “Persepolis” klubunu qəbul edib. APA-nın məlumatına görə, yerli vaxtla saat 17:45-də (Bakı vaxtı ilə 18:15-də) Təbrizin “Səhənd” stadionunda keçirilən qarşılaşmada Təbriz komandası İranın əvvəllər “Piruzi” (“Qələbə”) adı ilə tanınan köklü klubunu böyük hesabla məğlubiyyətə uğradıb.  Belə ki, “Traktor” rəqib qapısından 3 top keçirməyə müvəffəq olub, “Persepolis” isə bunlardan yalnız birinin əvəzini çıxa bilib. Qolları Təbriz komandasından Mehdi Salehi (32), Mehdi Kərimian (54) və Suares de Karvalyo Geils (90), Tehran klubunda isə Rza Həqiqi (69) vurublar. Bununla da “Trakror” “Persepolis”i 3:1 hesabı ilə məğlub edərək 65 xalla gümüş medalların sahibi olub. Bu isə növbəti mövsüm yenə də Təbriz komandasının Asiya Çempionlar Liqasında mübarizə aparması deməkdir.

 

Qarşılaşma bitdikdən sonra Təbriz meydanları, küçələrinə axışan azərbaycanlılar “Traktor”un qələbəsini böyük coşğu ilə qeyd ediblər. 

# 792
avatar

Oxşar yazılar

"Mançeser Yunayted"dən antirekord

"Mançeser Yunayted"dən antirekord

7 may 2024 , 05:51
Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı -FOTO -VİDEO

Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı-FOTO-VİDEO

7 may 2024 , 02:19
"Səbail" "Qəbələ"yə UDUZDU

"Səbail" "Qəbələ"yə UDUZDU

6 may 2024 , 21:56
Qazaxıstanlı milyarder İngiltərə  futbol klubunu   aldı

Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

6 may 2024 , 19:47
Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24
"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12
 “Bayer” “Benfika”nın  rekordunu təkrarladı

 “Bayer” “Benfika”nın rekordunu təkrarladı

6 may 2024 , 13:44