Moskvanın “Lujniki” İdman Arenasında Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təşkilatşılığı ilə Heydər Əliyev kuboku uğrunda mini-futbol turniri keçirilib.APA-nın Rusiya bürosunun məlumatına görə, 2009-cu ildən bu yana keçirilən, artıq ənənə şəklini alan turnir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyevin doğum gününə həsr olunub. Bu il “Heydər Əliyev kuboku” turnirində Rusiya universitetlərində təhsil alan azərbaycanlı tələbələr və RAGT-ın regional bölmələrinin təmsil etdiyi 32 komanda iştirak edib. Qrup mərhələsində qalib gəldiyi oyunların sayına görə ilk yeri tutan komanda play-off mərhələsinə yüksəlib. Dörddəbir final mərhələsnin oyunlarında sonra yarım finala Moskva Dövlər Humaitar İqtisadiyyat İnstitu, Rusiya Dövlət Bədən tərbiyəsi, İdman və Turizm Universiteti, Ümumrusiya Dövlət Vergi Akademiyası və RAGT-n Tula regional bölməsi komandası yüksəliblər.
Turnirin qalibi Moskva Dövlər Humaitar İqtisadiyyat İnstitu (MDHİİ) komandası olub. MDHİİ artıq dördüncü dəfə “Heydər Əliyev kuboku” turnirinin qalibi adını qazanıb. İkinci yeri isə Rusiya Dövlət Bədən tərbiyəsi, İdman və Turizm Universiteti komandası qazanıb. Bürünc medalın sahibləri isə Ümumrusiya Dövlət Vergi Akademiyası və RAGT-ın Tula regional bölməsi komandası olublar.
Turnirin “ən yaxşı qapıçısı” MDHİİ-nin tələbəsi Vladdimir Zakolodin, “ən çox qol vuranı” Rusiya Dövlət Bədən tərbiyəsi, İdman və Turizm Universitetinin tələbəsi Denis Bazovoy, “ən yaxşı oyunçusu” isə Rusiya Dövlət Bədən tərbiyəsi, İdman və Turizm Universitetinin tələbəs Yuriy Kerşner olub.
Qey edək ki, turniri izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyətli səfiri Polad Bülbüloğlu da olub. Leyla Əliyeva “Heydər Əliyev Kuboku”nun qalib komandaya özü təqdim edib.