Türkiyə Superliqasının V turu çərçivəsində keçirilən və azarkeşlərin meydana daxil olması səbəbindən 90+2-ci dəqiqədə yarımçıq dayandırılan “Beşiktaş” – “Qalatasaray” (2:1) qarşılaşması ilə bağlı cəzalar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) Nizam – İntizam Komitəsi qalmaqallı derbi ilə bağlı yekun qərarını verib.
Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşmada “Beşiktaş” ev sahibi komanda olduğu üçün kluba 4 oyun tamaşaçısız oynama cəzası verilib. Digər tərəfdən oyun davam edərəkən hakimə etirazları səbəbindən tribunaya göndərilən “ağ-qaralar”ın baş məşqçisi Slaven Biliç isə 3 oyunluq cəzalandırılıb.
Rəqibə sərt şəkildə müdaxilə edən və qırmızı vərəqə alan “Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo isə 2 oyun komandasına kömək edə bilməyəcək.
“Beşiktaş” – “Qalatasaray” derbisi ilə bağlı cəzaları açıqlandı
1580