“Baku Fires”-in boksçuları komandası Rusiya komandasını məğlub edib - <span style="color:red;">YENİLƏNİB
23 fevral 2014 11:19 (UTC +04:00)

“Baku Fires”-in boksçuları komandası Rusiya komandasını məğlub edib - YENİLƏNİB

u gün Quba Olimpiya İdman Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunda Azərbaycanın "Baku Fires" klubu Rusiya komandası ilə qarşılaşıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ev qarşılaşmasında komandamız qələbə qazanıb. “Baku Fires” komandası Rusiya kollektivini 3:2 hesabı ilə məğlub edib.

 

Qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü 49 kq çəki dərəcəsində Xamza Nametov Bator Saqaluyevi məğlub edib. Hakimlərin qərarına əsasən, X.Nametov 2:1 hesabı ilə qalib gəlib.

 

56 kq çəkidə Məhəmməd Qurbanov Nikita Fedorçenko ilə üz-üzə gəlib və üstün tərəf olub. 64 kq-da Heybətulla Hacəliyevlə  Maksim Dadaşev arasında keçirilib. Bu döyüşdə Rusiya idmançısı üstün olub.

 

75 kq çəki dərəcəsində isə Nikolay Veselov Pyotr Xamukbov qarşılaşmasında rusiyalı idmançı 0:3 hesabı ilə qalib gələrək hesabı bərabərləşdirib.

 

Sonuncu həlledici döyüşdə isə 91 kq çəkidə bokçumuz Abdulqadir Abdullayev Aleksey Yeqorovu məğlub edərək “Baku Fires”ə qələbə qazandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088
avatar

Oxşar yazılar