Nəhayət, Türkiyə kubokunun final oyunu da keçirildi. Lent.az-ın məlumatına görə, Ankarada gerçəkləşdirilən oyunda “Trabzonspor”la “Fənərbaxça” üz-üzə gəldi.
Oyun1:0 hesabı ilə "Fənərbaxça"nın xeyrinə başa çatıb.Qolu oyunun 9-cu dəqəqəsində Mousa Sou vurub.
Bunula da "Fənər" dalbadal ikinci və tarixində altıncı dəfə ölkə kubokuna yiyələnib.
Qeyd edək ki, bu komandalar arasında 39 illdə 110 oyun keçirilib. 43-də “Fənərbaxça”, 37-də “Trabzonspor” qələbə qazanıb, 30 oyun heç-heçə yekunlaşıb.