Futbol üzrə Azərbaycan I Divizionunda XXIII turun daha 3 oyunu keçirilib. Apasport.az saytının məlimatına görə, ilk üçlükdə qərarlaşmış “Ağsu” öz meydanında “Şərurspor”a uduzub.
“Turan Tovuz” isə “Energetik”i səfərə çıxmağına peşman edib – 5:0.
“Mil-Muğan” – “Bakılı” görüşündə birincilər 2 cavabsız qola seviniblər.
Birinci Divizion
XXIII tur
“Ağsu” - “Şərurspor” – 2:3
Qollar: Elnur Mustafazadə, 30; İsa Cəbiyev, 35 - Rəhman Musayev, 31, 61; Fariz Nəcəfov, 52
“Turan Tovuz” - “Energetik” – 5:0
Qollar: Tuqay Alhüseynli, 25; İlkin Rzayev, 33; Azər Məmmədov, 45, 54, 90
“Mil-Muğan” - “Bakılı” – 2:0
Qollar: Bayram Əliyev, 16; Səccad Kerman, 23