35 yaşlı futbolçu avtomobil qəzasında öldü
"Arsenal"ın keçmiş oyunçusu Xose Antonyo Reyes avtomobil qəzasında həlak olub
"Arsenal" komandasının keçmiş hücumçusu Xose Antonyo Reyes avtomobil qəzasında həyatını itirib.
ONA-nın məlumatına görə, xəbəri onun keçmiş komandası "Sevilya" öz Tvitter səhifəsində təsdiqləyib.
35 yaşlı futbolçu Spaniya komandası "Ekstremaduro"nun tərkibində oynayırdı.
Karyerası ərzində Reyes "Sevilya", "Arsenal", "Real Madrid", "Benfika" kimi komandaların tərkibində çıxış edib.
791