“Napoli”nin hücumçusu Arkadius Milik zədələnib. Apasport.az saytının məlumatına görə, poşalı oyunçu millisinin oyununda ciddi xəsarət alıb.
İtaliya mətbuatı iddia edir ki, futbolçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, yay transfer dönəmində neapolluların 32 milyon avroya “Ayaks”dan transfer etdikləri Milik mövsümə möhtəşəm start vermişdi. O, A seriyasında meydana çıxdığı 7 oyunda 4, Çempionlar liqasında isə 2 matçda 3 qol vurmuşdu.