28 yaşlı futbolçu xərçəngdən vəfat etdi
27 mart 2016 20:50 (UTC +04:00)

28 yaşlı futbolçu xərçəngdən vəfat etdi

Uqanda milli komandasının qapıçısı Abel Daiyra vəfat edib.

 

Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, buna səbəb uzun müddətdi davam edən xərçəng xəstəliyi olub.

 

Bu ilin yanvar ayında klubu tərəfindən İslandiyaya müalicəyə göndərilən 28 yaşlı futbolçu xəstəliklə apardığı mübarizədə məğlub olub.

 

Qeyd edək ki, Daiyra Uqanda Premyer Liqasında çıxış edən İBV klubunun şərəfini qoruyurdu. O, milli komanda ilə 11 qarşılaşmada meydana çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar