1 qızıl, 1 gümüş, 2 bürünc!
04 may 2013 19:05 (UTC +04:00)

1 qızıl, 1 gümüş, 2 bürünc!

 

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Lent.az-ın məlumatına görə, turnirin ilk günündə Azərbaycan yığmasının üzvlərindən 4-ü medal qazanıb.

 

Kişilərin yarışında 73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov qızıl, Hüseyn Rəhimli bürünc, 66 kq çəkidə Nicat Şıxəlizadə gümüş, qadınların mübarizəsində 57 kq çəkidə yer alan Kifayət Qasımova bürünc medala sahib olub.

 

Orucov finalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Viktor Skvortovu məğlub edib. O, rəqibini vazari xalı ilə üstələyib. Bu çəkidəki digər təmsilçimiz Rəhimli isə bürünc medal uğrunda görüşdə kanadalı Aleksis Morin-Marteli 2 dəqiqə 10 saniyəyə ipponla yenib.

 

Şıxəlizadə həlledici qarşılaşmada monqolustanlı Timurxuleq Davadorja uduzub. Görüş 1 dəqiqə 31 saniyə davam edib. Cüdoçumuz görüşün əvvəllərində vazari xalı ilə irəli çıxsa da, az sonra rəqibi onu ipponla məğlubiyyətə uğradıb.

 

Qasımova isə bürünc medal uğrunda qarşılaşmada almaniyalı Yohanna Mülleri ipponla yenib.

 

Beləliklə, Azərbaycan millisi ilk yarış gününü 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Tərlan Kərimov (66 kq) və Şahanə Hüseynova (57 kq) 5-ci, İlqar Müşkiyev (60 kq), Çinarə Quliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Turanə Seyidi (52 kq) 7-ci yeri tutublar. “Böyük dəbilqə” turnirinə mayın 5-də yekun vurulacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725
avatar

Oxşar yazılar