"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets MLS-ə keçməkdən imtina edib.
Lent.az bildirir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu bu qərarı komandanın baş məşqçisi Xavi Ernandeslə söhbətindən sonra verib. Xavi təcrübəli futbolçunu klubla müqaviləni uzatmağa razı salıb.
Daha əvvəl bildirilirdi ki, kataloniyalı qrandlar Busketslə hesablaşmırlar və onu qış transfer pəncərəsində buraxmağa hazırdırlar.
Xatırladaq ki, 34 yaşlı ispaniyalı Kataloniya klubunun yetirməsidir. 2008-ci ildən “Barselona”nın əsas komandasında oynayır. Onun hesabında 696 oyun və 32 kubok var, o cümlədən 3 Çempionlar Liqasında qələbə və 8 İspaniya liqasında.