“Barselona”nın baş məşqçisi Xavi İspaniya kubokunun 1/4 finalında “Real Sosyedad” üzərində qazanılan qələbəni şərh edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Xavi şərhində oyunçuları birinci qoldan sonra rahatlaşdıqları üçün qınayıb:
“Oyunun çox hisəssi müsbət idi. Amma qoldan sonra 5-10 dəqiqə rahatlaşdıq və bu belə olmamalıdır. Qapı önündə kifayət qədər aqressiyamız yoxdur. Möhtəşəm 60 dəqiqə oldu, amma qol vurduqda elə görünür ki, hər şey bitib, ancaq bitməyib. İkinci və üçüncü qolu vurmaq üçün irəli getməliydik”.
Görüş Kataloniya komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
40-cı dəqiqədə qonaq komandanın yarımmüdafiəçisi Brays Mendez birbaşa qırmızı vərəqə alıb. “Barselona”nın hücumçusu Ousman Dembele 52-ci dəqiqədə hesabı açıb.
Bununla da “Barselona” İspaniya kubokunun yarımfinalına yüksəlib. Turnirin digər 1/4 final matçlarında “Real Madrid”-“Atletiko Madrid”, “Valensiya” isə “Atletik Bilbao” ilə qarşılaşacaq.