"Mundo Deportivo" xəbər verir ki, İspaniya kubokunun 1/8 final mərhələsinin "Real Madrid" - "Atletiko Madrid" matçında Vinisius rəqib klubun baş məşqçisi Dieqo Simeoneni təhqir edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, matçın 82-ci dəqiqəsində Vinisius "Atletiko"nun çalışdırıcısına barmaqlarında yeddi rəqəmini göstərib. Buna cavab olaraq Simeone belə cavab verib: “Yeddi rəqəmi? Buradan uzaqlaş". Vinisius cavabında: "Yeddi nömrə ananızın eşşəyidir" deyib. Bundan sonra məşqçi ilə futbolçu arasında mübahisə yaranıb.
Qeyd edək ki, "Metropolitano" stadionunda keçirilən görüş 4:2 hesabı ilə "Atletiko"nun xeyrinə başa çatıb.