Almaniya Bundesliqasının son turunda Mönhenqladbax “Borussiya”sını qəbul edən “Verder” 2:4 hesabı ilə məğlub olub.
Apasport.az saytının məlumatına görə, bununla Bremen təmsilçisi 31 xalla mövsümü 17-ci pillədə tamamlayıb.
Tomas Şaafın yetirmələri “Şalke” ilə birlikdə elitanı tərk edib. Bununla “Verder” 41 ildən sonra ilk, tarixində isə ikinci dəfə elita ilə vidalaşıb. Komanda birinci dəfə 1979/80 mövsümündə 17-ci yerlə aşağı liqaya yuvarlanmışdı. Amma növbəti mövsüm II Bundesliqanın qalibi kimi elitaya qayıdıb.
Qeyd edək ki, mövsümü 16-cı pillədə bitirən “Köln” Bundesliqada qalmaq uğrunda pley-off oynayacaq.
“Verder” Bundesliqanı tərk etdi – 41 ildən sonra
1494