"Mançester Yunayted"in və Hollandiya yığmasının sabiq baş məşqçisi Lui van Qal İngiltərə klubundakı iş dövrünün onun üçün ən çətin dövr olduğunu etiraf edib.
“Bu inanılmazdır. Dünyanın ən zəngin klublarından birində idim və istədiyim futbolçuları ala bilmədim. “Mançester Yunayted”də işləmək mənim üçün ən çətin dövrdür. Kluba məşqçi kimi gəldim və hər şey məni məyus etdi. Komandadakı futbolçuların əksəriyyətinin yaşı 30-dan yuxarı idi. Mənim işim hər şeyi başa düşmək idi. Runi də təxminən 30 yaşında idi”, - Len.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis vurğulayıb.
Xatırladaq ki, van Qal 2014-2016-cı illərdə "Mançester Yunayted"ə rəhbərlik edib. Mütəxəssis həmçinin "Ayaks", "Barselona", "Bavariya", Hollandiya millisi və digər komandalarda çalışıb.