"Mançester Yunayted"in hücumçusu Markus Reşford Premyer Liqanın 32-ci turunun oyununda "Çelsi"nin qapısına (4:1) qol vurub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, beləliklə, hücumçu bu mövsümdə 30-cu qolu vuraraq, Robin van Persinin 2013-cü ildəki nailiyyətini təkrarlayıb.
Xatırladaq ki, Reşfordun 25 yaşı var. O, bu mövsüm Premyer Liqada 17 qol vurub. Hücumçu Liqa Kuboku və Avropa Liqasında 6, İngiltərə Kubokunda isə daha bir qol vurub.