Tayson Fyuri və Aleksandr Usik arasında ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüş bir neçə ay təxirə salınıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, titul uğrunda mübarizə gələn ilin fevralında baş tutacaq. Qarşıdurmanın dəqiq tarixi məlum deyil, lakin döyüşün özü Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.
“Tayson Fyuri və Aleksandr Usik fevral ayında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində mübahisəsiz ağır çəkidə çempionluq uğrunda mübarizə aparacaq”, - mənbələr bildiriblər.