“Milan”ın hücumçusu Mario Mandzukiç örnək addımla diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, xorvatiyalı forvard bir aylıq maaşından imtina edib.
Qış fasiləsində “rossonyerlər”lə 6 aylıq müqavilə imzalayan və mövsümün sonunda ayrılması qərara alınan 34 yaşlı oyunçu martda almalı olduğu 300 min avronu kluba qaytarıb. Milanlılar isə həmin məbləğin bir vəqfə bağışlanacağını və gənclərin təhsilinə xərclənəcəyini açıqlayıb.
Qeyd edək ki, ardıcıl zədələr səbəbindən Mandzukiç “Milan”ın heyətində cəmi 4 oyunda iştirak edib.