Ukrayna idmançılarına neytral bayraq altında çıxış edən Rusiya və Belarus idmançıları ilə yarışa icazə verilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu qərarı Ukrayna Gənclər və İdman Nazirliyi idarənin saytında dərc olunmuş əmrə əsasən verib.
Mətndə qeyd edilir ki, qadağa yalnız “Rusiya və ya Belarusu öz dövlət bayraqları altında təmsil edən, öz milli rəmzlərindən istifadə edən və ya bu ölkələrə mənsub olduqlarını ictimai hərəkətləri və ya bəyanatları ilə ifadə edən” idmançıların iştirak etdiyi yarışlara şamil edilir.
Ukrayna hakimiyyəti aprelin 14-də Rusiya və Belarus nümayəndələri ilə eyni yarışlarda iştiraka qadağa qoyub, idmançıları milli statuslarından məhrum edilməklə hədələyib.
Sərəncam Beynəlxalq Olimpiya Komitəsinin müharibəyə dəstək verməyən və antidopinq kodeksini pozmayan rusların və belarusların beynəlxalq yarışlara buraxılmasının mümkünlüyü barədə bəyanatından sonra ortaya çıxıb.