“Şaxtyor”un və Ukrayna futbol komandasının hücumçusu Daniil Skan Türkiyədə təlim-məşq toplanışı zamanı rusiyalı turistlə dava edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bir qrup rusiyalı Skanı “Şaxtyor”un formasında görüb və Rusiyanı dəstəkləyən ifadələr səsləndirməyə başlayıb. Nəticədə futbolçu onların birini vuraraq kəllə-beyin xəsarəti yetirib.
Hadisəyə “Şaxtyor”un nümayəndələri rus turistlər, otel və polislə əməkdaşları qarışıb. Bundan sonra insidentə son qoyulub.