Ukraynada  dünya çempionu   müharibədə öldü
27 mart 2022 17:31 (UTC +04:00)

Ukraynada dünya çempionu müharibədə öldü

Ukrayna Rusiya ilə müharibədə idmançılarını itirməkdə davam edir. 

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu gün faciəvi xəbəri İrpin şəhərinin meri Aleksandr Markuşin açıqlayıb.

İqor Suxix şəhər uğrunda gedən döyüşdə həlak olub.

“Gözümün qabağında öldü. Bu, bütün cəmiyyətimiz üçün böyük faciədir, çünki burada İqorun çoxlu dostları və yoldaşları var idi. Bu, onun ailəsi üçün daha böyük faciədir: valideynləri oğlunu, arvadı sevimli ərini, iki uşaq isə atasını itirdi”, - Markuşin özünün “Facebook” səhifəsində yazıb.

Suxıx hərbi idmanın çoxnövçülük və əlbəyaxa döyüş növləri üzrə beynəlxalq dərəcəli idman ustası, Ukrayna, Avropa və dünya çempionu olub. "ATO-Irpen" futbol komandasında oynayıb.

İki həftə əvvəl “Facebook”da İqor İrpində iki yaralı mülki vətəndaşı necə xilas etdiyini yazıb. Və sonra o, 20-dən çox insanı şəhərdən təxliyə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2919
avatar

Oxşar yazılar