Ukrayna klubunun futbolçuları  zəhərlənib
02 avqust 2023 11:09 (UTC +04:00)

Ukrayna klubunun futbolçuları zəhərlənib

Hazırda "Dnepr-1" klubuna rəhbərlik edən 40 yaşlı ukraynalı mütəxəssis Aleksandr Kuçer Çempionlar Liqasında Yunanıstan "Panatinaikos"u ilə oyundan (2:2) əvvəl komandasının futbolçularının zəhərləndiyini bildirib.

“Dünən gecə səkkiz futbolçu və yeddi klub əməkdaşı eyni anda zəhərlənib. Bütün gecəni yatmayıblar. Qarşılaşmada meydanda zəhərlənən çoxlu futbolçu var idi”, - Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Kuçer oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

Xatırladaq ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin iki görüşünün yekunlarına əsasən, “Dnepr-1” “Panatinaikos”a 3:5 hesabı ilə məğlub olub. Növbəti turda Yunanıstan klubu “Marsel”lə qarşılaşacaq. "Dnepr-1" bundan sonra Avropa Liqasının təsnifat mərhələsində çıxış edəcək. Ukrayna klubunun rəqibi Praqa “Slaviya”sı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1662
avatar

Oxşar yazılar