UFC-nin rəhbəri Deyna Uayt gecə klublarından birində Yeni il şənliyi zamanı qalmaqala düşüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Uayt tətildə olarkən arvadı ilə dava edib. Məlumata görə, cütlük dostları ilə rəqs meydançasının üstündəki VİP zonada olub və Deyna nəsə demək üçün əyiləndə arvadı ona şillə vurub. Deyna dərhal arvadına eyni cavab verib.
Məlumata görə, Deyna və arvadı Enn davadan əvvəl çox sərxoş olublar.
53 yaşlı Uayt 2001-ci ildən UFC-yə rəhbərlik edir.