UEFA prezidenti ən sevdiyi  futbol liqasını açıqladı
14 avqust 2025 19:43 (UTC +04:00)

UEFA prezidenti ən sevdiyi futbol liqasını açıqladı

UEFA prezidenti Aleksander Çeferin UEFA Superkuboku oyunu ərəfəsində çıxış edərək, “top-5” liqaları arasında ən sevdiyi liqanı açıqlayıb.

Lent.az xəbər verir ki, o, açıqlamasında ən çox İtaliya liqasını sevdiyini deyib:

“Bizim siyasətimiz Superkuboku kiçik şəhərlərə gətirməkdir və burada, Udinədə buna çox şadıq, oyun gözəl olacaq. İtaliya futbolu inkişaf edir, İtaliya Futbol Federasiyasının prezidenti Qabriyele Qravina işinin öhdəsindən əla gəlir, bu, mənim beş ən güclü liqadan ən sevdiyimdir. Amma burada infrastruktur baxımından hələ çox şey yaxşılaşdırılmalıdır”.

UEFA Superkuboku uğrunda Paris Sen-Jermen və “Tottenhem” arasında keçirilən oyun (2:2, penaltilər 4:3) İtaliyanın Udine şəhərindəki “Dacia Arena” stadionunda baş tutub.

İtaliya A Seriyası UEFA liqaları reytinqində ikinci yerdədir və yalnız İngiltərə Premyer Liqasına uduzur. İtaliya klubları son Çempionlar Liqası finalında (“İnter”), son üç Avropa Liqası finalının ikisində (“Roma” və “Atalanta”) və son dörd Konfrans Liqası finalının üçündə (“Roma” və “Fiorentina” — iki dəfə) çıxış ediblər.

A Seriyasında yeni mövsüm 23 avqustda start götürəcək. Turnirin hazırkı çempionu “Napoli”dir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365

Oxşar yazılar