Üç ay oynaya bilməyəcək
31 yanvar 2023 19:01 (UTC +04:00)

Üç ay oynaya bilməyəcək

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen zədə səbəbindən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Lent.az bildirir ki, komandanın mətbuat xidmətindən verilən məlumata görə, 

"Mançester Yunayted"in və Danimarka millisinin futbolçusu "Ridinq"lə İngiltərə Kubokunun 1/16 finalında topuğundan zədə alıb. "Mançester Yunayted" 3:1 hesabı ilə qalib gəlib və 1/8 finalda "Vest Hem"lə qarşılaşacaq.

İlkin məlumata görə, 30 yaşlı danimarkalı heyətə yalnız aprelin sonu və ya mayın əvvəlində qayıda biləcək.

Eriksen bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

Premyer Liqada "Mançester Yunayted" 39 xal toplayıb və turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar