Almaniyalı baş məşqçi Tomas Tuxel Çempionlar Liqasının tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, mütəxəssis ardıcıl iki il ərzində iki fərqli klubla finala yüksələ ilk məşqçi olub.
Tuxel bu unikal nailiyyəti “Çelsi” ilə rəsmiləşdirib. İngiltərə klubu yarımfinalın evdəki cavab oyununda İspaniya “Real”ını 2:0 hesabı ilə yenərək (ilk oyun – 1:1) finala yüksəlib.
Almaniyalı ötən mövsüm PSJ-ni finala daşıyıb. Fransalılar həlledici görüşdə “Bavariya”ya 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, “Çelsi” finalda “Mançester Siti” ilə görüşəcək.