Mirça Luçesku yay transfer pəncərəsində "Dinamo"dan ayrıla bilərdi, lakin o, bundan imtina edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Kiyev “Dinamo”sunun baş məşqçisi məlumat verib. Onun sözlərinə görə, Türkiyə çempionatında işləmək təklifi alıb, lakin o, bundan imtina edib.
Mütəxəssis döyüş əməliyyatları zamanı məşq və oyun prosesinin xüsusiyyətlərindən də danışıb.
"Məni buna kim məcbur edəcək? Mən bu uşaqlara xəyanət edə bilmərəm. "Fənərbaxça" məni almaq istəyirdi, amma mən “yox” dedim. Dedim ki, indi yerim buradadır.
Ukraynada baş verənlər inanılmaz görünsə də, demək olar ki, bir il davam edən müharibədən sonra sanki adiləşib, tanış olub. Amma söhbət azarkeşlərin Ukrayna stadionlarına qayıtmasından getmir.
Mən necə yaşayıram? Qorxu ilə. Göyə baxırsan və hər an nə ola biləcəyini bilmirsən. Biz meydanda olarkən təyyarələrin səsini eşidirik. Bağlı qapılar arxasında oyunlar oynayırıq. Hava hücumu olmasa da, meydançaya ciddi diqqət yetirməyə çalışırıq.
Elə olub ki, oyunu davam etdirmək üçün soyunub-geyinmə otağında bir saata qədər gözləməli olduq. Mənim yerimdə kimin belə bir şey edəcəyini bilmirəm, amma etdiyim işdə özümü yaxşı hiss edirəm”, - “Tuttosport” Luçeskunun sözlərini sitat gətirib.