Türkiyə kubokunda 5-ci turun oyunları başa çatıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, 11 komanda 1/8 finalda yarışmaq imkanı əldə edib. Bu mərhələdə yer alan "Fənərbaxça", "Qalatasaray", "Beşiktaş", "Trabzonspor" və "Medipol Başakşehir"in rəqibləri müəyyənləşib.
1/8 finalda “Qalatasaray” “Alanyaspor”a, “Fənərbaxça” “Rizəspor”a, “Beşiktaş” “Ankaragücü”nə rəqib olub.
Bu mərhələnin oyunları gələn il yanvarın 17-19-da olacaq. Tək matçla qalibin bəlli olacağı görüşlərdə VAR sistemindən istifadə ediləcək.
Türkiyə kuboku
1/8 final
“Alanyaspor” – “Qalatasaray”
“Qaziantep” – “Konyaspor”
“Sivasspor” - “Karacabey Bələdiyyəspor”
“Ümraniyespor” – “Trabzonspor”
“Karagümrük” – “Başakşehir”
“Antalyaspor” – “Kayserispor”
“Fənərbaxça” – “Rizespor”
“Ankaragücü” – “Beşiktaş”