XXI əsrdə transferlərə ən çox vəsait xərcləyən klubların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvələ “Çelsi” başçılıq edir.
İngiltərə klubu bu əsrdə 2,4 milyard avroluq futbolçu alıb. “Top-15”də İngiltərənin daha çox – 6 klubu yer alıb.
İtaliyadan 4, İspaniyadan 3, Fransa ilə Almaniyanın hərəsindən bir klub siyahıya daxil edilib.
1. “Çelsi” – 2,4 milyard avro
2. “Mançester Siti” - 2,3
3-4. “Real” - 2,2
3-4. “Barselona” - 2,2
5. “Yuventus” - 2,1
6. “Mançester Yunayted” – 2
7-8. “İnter” - 1,7
PSJ - 1,7
9. “Liverpul” - 1,6
10-11. “Milan” - 1,5
“Atletiko” - 1,5
12-14. “Tottenhem” - 1,4
“Roma” - 1,4
“Arsenal” - 1,4
15. “Bavariya” - 1,1