"Tottenhem" səfərdə "Mançester Yunayted"i DARMADAĞIN ETDİ
29 sentyabr 2024 21:47 (UTC +04:00)

"Tottenhem" səfərdə "Mançester Yunayted"i DARMADAĞIN ETDİ

İngiltərə Premyer Liqasının altıncı turunda “Tottenhem” komandası “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub edib.

Lent.az xəbər verir ki, görüş Mançesterdə, “Old Trafford” stadionunda baş tutub.

Qalib komandanın qollarını Brennan Conson, Deyan Kulusevski və Dominik Solanke vurub.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes oyunun 42-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426
avatar

Oxşar yazılar