Fransa Buz İdmanları Federasiyası zorakılıqda ittiham olunan konkisürən və hazırda məşqçi Brayan Juberə qarşı intizam işi açıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, şikayətlər onun klubunun gənc üzvlərinin valideynlərindən gəlib. Xüsusən də, onlar Juberin “tantrumları”ndan, valideynləri təhqir etməsindən, aqressiv jestlərindən, tələbələrin aşağılanmasından şikayətləniblər.
38 yaşlı Juber özü isə bütün ittihamları rədd edib və onları “ədalətsiz” adlandırıb.
Juber dünya çempionu (2007), üçqat Avropa çempionu (2004, 2007, 2009), Qran Pri Finalının qalibi (2007), səkkiz qat Fransa çempionudur. O, 2014-cü ildə karyerasını başa vurub, bundan sonra Puitiersdəki klubunda məşqçi kimi fəaliyyətə başlayıb.