Azərbaycan Basketbol Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib.
Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.
Sonra ABF-in son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və qurum rəhbərliyinə yeni seçki keçirilib.
Təhsil naziri Emin Əmrullayev federasiyanın yeni prezidenti seçilib. O, növbəti 4 ildə ABF-ə rəhbərlik edəcək.
Qeyd edək ki, 1999-cu ilin dekabrından federasiyaya Nadir Nəsibov rəhbərlik edirdi.