Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson 3 illik həbs həyatı haqda danışıb.
Lent.az-ın məlumatına görə, əfsanəvi boksçu “The Pivot Podcast” YouTube kanalına müsahibəsində həyatının ən yaxşı 3 ilini həbsdə keçirdiyini deyib. “Narahat deyildim. Əgər sizing həyatınızda sabitlik və tarazlıq yoxdursa, pul heç nə demək deyil. Yeməyim yaxşı idi, hamı mənimlə mehriban davranırdı”, - o, vurğulayıb.
Tayson əlavə edib ki, məhbuslar ondan qorxurdular, lakin eyni zamanda ona hörmət edirdilər.
Tayson 1992-ci ildə zorlama ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib. Boksçu onu ittiham edən qadınla cinsi əlaqənin razılıq əsasında olduğunu iddia edib. Demək olar ki, üç il dəmir barmaqlıqlar arxasında yatdıqdan sonra 1995-ci ildə azadlığa çıxıb.
Tayson 1987-1990-cı illərdə mütləq ağır çəkidə dünya çempionu olub. 55 yaşlı keçmiş idmançının peşəkar boksda 50 qələbəsi və altı məğlubiyyəti var.