Tarixin ən yaxşı baş məşqçisinin adını AÇIQLADI
24 fevral 2024 17:18 (UTC +04:00)

Tarixin ən yaxşı baş məşqçisinin adını AÇIQLADI

“Barselona”nın keçmiş mərkəz müdafiəçisi Jerard Pike “Mançester Siti”nin baş məşqçisi Xose Qvardiolanı futbol tarixinin ən yaxşı məşqçisi adlandırıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, o, Qvardiolanın bütün keyfiyyətlərə malik olduğunu deyib:

“Qvardiola dahidir. Mən və çoxları üçün o, futbol tarixinin ən yaxşı məşqçisidir. Qvardiola bütün lazımi keyfiyyətlərə malikdir. O, Barselona futbolçularının ən yaxşı nəslinə rəhbərlik edib. Düşünürəm ki, Qvardiola karyeramızda çoxumuza kömək edib. Xose hər gün sübut edir ki, o, ən yaxşısıdır”.

Xatırladaq ki, sabiq müdafiəçi də 2009-2012-ci illərdə mütəxəssisin rəhbərliyi altında çalışıb.

Qvardiola karyerası ərzində “Barselona”, “Bavariya” və “Mançester Siti” klublarını çalışdırıb. Ümumilikdə bu üç komandada ispaniyalı mütəxəssis üçü UEFA Çempionlar Liqası olmaqla, 37 kubok qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21390
avatar

Oxşar yazılar