Azərbaycanın məşhur idmançılarından Zülfiyyə Hüseynova dopinqə düşüb.
Lent.az-ın Apasport.az-a istinadla xəbərinə görə, para-cüdoçu 2 illik diskvalifikasiya olunub.
Onun cəzası 15 iyun 2023-cü ildə başa çatacaq.
Qeyd edək ki, Zülfiyyə Hüseynova sambo üzrə beşqat dünya çempionudur. 52 yaşlı idmançı son illər para-cüdoda çıxış edirdi.