Taekvondoçumuz Olimpiadanın gümüş  medalını qazandı
08 avqust 2024 00:11 (UTC +04:00)

Taekvondoçumuz Olimpiadanın gümüş medalını qazandı

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında taekvondo yarışlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün yarışların bütün medalçıları bəlli olub.

Əvvəlcə Qaşım Maqomedova məğlub olmuş Adrian Visente tunisli Mohamed Xalil Cendubi ilə qarşılaşıb. Cendubi 2:0 hesabı ilə (11:3, 12:1) qalib gələrək Olimpiadanın bürünc medalçısı olub.

Final görüşündə isə Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Cənubi Koreya idmançısı Park Te Conla üz-üzə gəlib. Gərgin keçən döyüşdə idmançımız zədələndiyi üçün tibbi yardım almaq məcburiyyətində qalıb.

Buna baxmayaraq, o, əzmkarlıq göstərərək görüşü sonlandırıb. Zədəsi ucbatından Park Te Cona məğlub olan (0:9, 1:13) Qaşim ölkəmizə Olimpiadanın gümüş medalını qazandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar