“Sumqayıt” daha bir əcnəbi oyunçu aldı
22 iyul 2023 02:18 (UTC +04:00)

“Sumqayıt” daha bir əcnəbi oyunçu aldı

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu daha bir əcnəbi futbolçu keçidini reallaşdırıb.

Klubdan Lent.az-a bildirilib ki, komanda Portuqaliya təmsilçisi “Vitoria Gimaraeş”ə məxsus olmuş, son mövsümü icarə əsasında “Vilafrankeze”də çıxış etmiş pakistanlı futbolçu İsa Sulimanı heyətinə qatıb. Klub onunla iki illik müqavilə imzalayıb.

İngiltərənin Birmingem şəhərində doğulmuş İsa Suliman futbolun sirlərinə məhz bu ölkədə yiyələnib. “Aston Villa”nın akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandın “Emmen”, Portuqaliyanın “Nasional”, “Vilafrankeze” və “Vitoria Gimaraeş” klublarında çıxış edib.

İsa İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas milli komandasına da cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3339
avatar

Oxşar yazılar