Fransanın "Nis" klubunun ev oyunlarını keçirdiyi stadionundan pornoqrafik video çəkilməsi üçün istifadə olunub.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, hadisə yanvarın 29-da Liqa 1-in XX turunun “Nis” – “Lill” matçı (1:0) zamanı baş verib.
Oyunun keçirildiyi "Alyons Rivyera" stadionunun tualet kabinəsində pornoqrafik video çəkilib. Bu barədə sosial şəbəkələrdə meydan sahibi klubun fanatları məlumat verib.
Klub və stadionu idarə edən "Nice Eco Stadium" şirkəti arenanın imicinə ziyan vurulması ilə bağlı şikayət edib.