“Atletiko”nun baş məşqçisi Dieqo Simeone ispaniyalı hücumçu Alvaro Moratanı növbəti mövsümdə klubda saxlamaq istədiyini bildirib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə tanınmış insayder Nikolo Şkira yazıb. dığına görə,
Onun sözlərinə görə, Simeone bu xahişlə rəhbərliyə müraciət edib.
Daha əvvəl bildirilmişdi ki, yaxın vaxtlarda “Roma” təmsilçiləri “Atletiko” ilə əlaqə saxlayacaq və Moratanın transferi üçün mümkün variantları müzakirə edəcəklər. Böyük ehtimalla romalılar ispan hücumçunu 12 milyon avroya almaq öhdəliyi ilə icarəyə götürəcəklər.
2022/2023 mövsümündə Morata "Atletiko"nun heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet portalına görə bir futbolçunun təxmini dəyəri 20 milyon avrodur.