"Napoli"nin keçmiş baş məşqçisi Luçano Spaletti Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə işləməkdən imtina edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Santi Unanın sözlərinə görə, mütəxəssis "Yuventus"a rəhbərlik etmək istədiyi üçün Ərəbistan yarımadasından gələn sərfəli təklifdən imtina edib.
Qeyd olunur ki, Spaletti Turin klubunun yeni idman direktoru Kristiano Cuntoli üçün prioritet seçimdir.
Xatırladaq ki, 2022/23 mövsümünün sonunda Spaletti İtaliya çempionu olan "Napoli"dən ayrılıb. Mətbuatın yazdığına görə, onun klub prezidenti Aurelio De Laurentis ilə fikir ayrılığı olub.