Səudiyyə Ərəbistanı yenidən Avropanı  “soymağa”   hazırlaşır. Siyahıda  kimlər   var?
04 aprel 2024 09:35 (UTC +04:00)

Səudiyyə Ərəbistanı yenidən Avropanı “soymağa” hazırlaşır. Siyahıda kimlər var?

Səudiyyə Ərəbistanı çempionatı son bir ildə çoxlu ulduz qazanıb. Ronaldodan Neymara qədər liqaya ən yaxşı futbolçular gəlib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 2024-cü ilin yayında ən yaxşı oyunçuların Səudiyyə Ərəbistanına hərəkəti davam edəcək. Yerli klublar kimlərlə maraqlanır?

Səudiyyəlilərin çoxdankı və arzuladığı hədəf Salahdır

"Liverpul"un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı klubları üçün ən arzuolunan futbolçudur. Onlar misirlini 2023-cü ilin yayında transger etməyə çalışıblar: 

“The Athletic” xəbər verir ki, “Liverpul”a futbolçu üçün 150 milyon funt-sterlinq təklif olunub. Lakin İngiltərə klubunun rəhbərliyi lideri buraxmaqdan imtina edib. 2024-cü ilin yayında Yurgen Klopp “Liverpul”dan ayrılacaq və bu, Salahın başqa yerə köçmək qərarına təsir edə bilər.

“TodoFichajes”in xəbərin görə, “Əl-Hilal” Məhəmmədi almaqda maraqlıdır və onun uğrunda mübarizəyə qoşulub. “Transfermarkt”ın məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur. Lakin “Liverpul”un Salahı bu məbləğə buraxacağı ehtimalı azdır. Səudiyyəlilər çox pul ayırmalı olacaqlar.  

2018-ci ilin “Qızıl top”unun qalibi Luka Modriç də Yaxın Şərqə getməyə hazırlaşır. Jurnalist Ekrem Konurun xəbərinə görə, xorvatiyalı gələn yay Səudiyyə Ərəbistanına keçə bilər. 38 yaşlı yarımmüdafiəçini almaq üçün bir neçə komanda mübarizə aparır. Qeyd olunur ki, Luka özü də bu transferə müsbət baxır. Onun “Real” ilə müqaviləsi iyunda başa çatır və o, azad agent kimi Səudiyyə Ərəbistanına gedə bilər.  

Fransız müdafiəçi Rafael Varan “Mançester Yunayted”də uğur qazana bilmədi, heç vaxt “Real!da olduğu qədər vacib oyunçu olmayıb. 2018-ci ilin dünya çempionunun baş məşqçi Erik ten Haq ilə çətin münasibəti var, ona görə də onun başqa kluba transferi çox real ssenaridir. Seçimlərdən biri Səudiyyə Ərəbistanına köçməkdir. “90min”in məlumatına görə, “Əl-İttihad” 30 yaşlı Varana illik 30 milyon avro maaş təklif edəcək. Fransalı Kriştianu Ronaldonun keçmiş komanda yoldaşının oynadığı “Əl-Nəsr” isə demək olar ki, iki dəfə çox (illik 58 milyon avro) təklif edəcək. Görək Rafael böyük müqavilə ilə şirnikləndirilə bilinəcəkmi?  

Amma bir çox oyunçu Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edir. Məsələn, "Çelsi"nin hücumçusu Rahim Sterlinq Yaxın Şərqə transferdən imtina edib. “The Telegraph” yazır ki, adı açıqlanmayan klub ingilisə illik 52 milyon avro maaş təklif edib. Sterlinq təklifi qəbul etsə, Kriştiano Ronaldodan sonra Səudiyyə Ərəbistanı çempionatında ikinci ən çox maaş alan oyunçu ola bilər. Yayda Rahim üçün qayıdacaqlar? Tamamilə mümkündür.  

Qapıçılara maraq Səudiyyə Ərəbistanında yeni tendensiyadır 

Səudiyyə Ərəbistanına çoxlu ulduzlar gəlib, amma o qədər də böyük qapıçılar yox. Kolumbiyalı David Ospina “Əl-Nəsr”də, mərakeşli Bono “Əl-Hilal”da, “Çelsi”nin Çempionlar Liqasının qalibi Eduard Mendi isə “Əl-Əhli”də oynayır.  

Ancaq ən yaxşı qapıçıların siyahısı tezliklə genişlənə bilər. Jurnalist Əşrəf Ben Ayyad xəbər verir ki, "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen Səudiyyə Ərəbistanı liqa klublarından biri ilə danışıqlar aparır. Kataloniyalılarla 2014-cü ildən bu yana 16 kubok qazanan alman qapıçı 10 ildən sonra ayrılmağı düşünür.  

AS xəbər verir ki, “Əl-Nəsr” iki ən yaxşı qapıçı ilə maraqlanır: David de Xea və Manuel Noyer. Klub artıq qapıçılara 30 milyon avro məvacib təklif etsə də, indiyədək onlar bundan imtina ediblər. “Əl-Nəsr” Yan Oblak, Mark-Andre ter Stegen və ya Keylor Navas kimi müəyyən profilə malik yüksək səviyyəli qapıçı axtarır. Fabrisio Romano isə “Əl-İttifaq”ın Belçika millisinin və “Volfsburq”un qapıçısı Koen Kastelslə maraqlanmasından danışıb. 31 yaşlı oyunçunun müqaviləsi yayda başa çatır və o, azad agent kimi müqavilə imzalaya bilər.  

Səudiyyəlilər liqada Mançester klublarının oyunçularını görmək arzusundadırlar

Səudiyyə şeyxlərinin Salahdan başqa ikinci arzusu Kevin De Bruynedir. “The Times”ın məlumatına görə, Səudiyyə Ərəbistanının dörd ən zəngin klubu (“Əl-İttihad”, “Əl-Nəsr”, “Əl-Hilal” və “Əl-Əhli”) belçikalı futbolçunu yay transfer pəncərəsi üçün əsas hədəf  kimi müəyyənləşdirib. Onlar “Mançester Siti”nin yarımmüdafiəçisinə son dərəcə sərfəli təklif etmək niyyətindədirlər.

İnsayder Saşa Tavolieri xəbər verir ki, Kevinə Səudiyyə Ərəbistanı klublarından hələlik heç bir təklif gəlməyib, lakin bu, Avro 2024-dən sonra baş verə bilər. Belçikalının özü də Yaxın Şərqdə özünü sınamağa qarşı deyil. Həmçinin Səudiyyə Ərəbistanının əsas 4 klubu “Mançester Yunayted”in futbolçusu Kazemironu almağa çalışacaq.  

"Mançester Siti"nin daha bir böyük müqavilə ilə sınanacaq oyunçusu Bernardo Silvadır. Jurnalist Ekrem Konur bildirib ki, 29 yaşlı portuqaliyalını əldə etmək üçün Səudiyyə Ərəbistanından bir neçə klub mübarizə aparır. Futbolçunun özü də bu addımı müsbət qarşılayır. “Əlbəttə ki, Səudiyyə Liqası bu il böyük irəliləyişlər əldə edib. Bütün bunlar böyük investisiyalar sayəsindədir. Görünür, bununla da dayanmayacaqlar”, – portuqaliyalı 2023-cü ilin sonunda qeyd edib.  

Yay transfer pəncərəsinin açılmasına üç ay qaldığına görə, hələ də gözlənilən potensial sövdələşmələr haqqında çoxlu məlumat var. Amma artıq bəllidir ki, bütün yayı Səudiyyə Ərəbistanından böyük xəbərlər gözləyəcəyik.


 

# 2037
avatar

Oxşar yazılar

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12