“Roma”nın hücumçusu Paulo Dibala Səudiyyə Ərəbistanının bir neçə klubu ilə maraqlanır.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Ekrem Konur xəbər verir.
Mənbənin sözlərinə görə, Dibala ilə iki klub maraqlanır və qış transfer pəncərəsində keçidi təşkil edə bilər. Qeyd olunur ki, futbolçu üçün 35 milyon avro ödənilə bilər.
29 yaşlı argentinalı 2022-ci ilin iyulundan “Roma”da çıxış edir. Ümumilikdə o, İtaliya klubunda 45 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.