“Barselona” yay transfer dönəminin ilk keçidini reallaşdırıb.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin hücumçusu Serxio Aquero Kataloniya klubu ilə münasibətləri rəsmiləşdirib.
Klub bu keçidi televiziya kanalı vasitəsilə bəyan edib. Bildirilib ki, 32 yaşlı forvard 2023-cü ilin yayına qədər müqavilə imzalayıb. Argentina millisinin üzvünün illik məvacibi 5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən formasını geyindiyi “Mançester Siti” ilə dünən yollarını ayırıb.