Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da
18 iyul 2024 13:01 (UTC +04:00)

Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da

"Qarabağ" klubu Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb.

Lent.az bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.

Qeyd edək ki, Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə Ağdam klubunun formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qapıçı "Qarabağ"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

O, Azərbaycan millisində 29 oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar