Rusiyalı iş adamı  İngiltərə klubunu   ABŞ şirkətinə satdı
14 dekabr 2022 14:37 (UTC +04:00)

Rusiyalı iş adamı İngiltərə klubunu ABŞ şirkətinə satdı

77 yaşlı amerikalı milyarder Bill Fouli Premyer Liqada çıxış edən "Bornmut" klubunu almağa razılaşıb.

Lent.az bildirir ki, Premyer Liqa komandasının mətbuat xidmətindən verilən məlumata görə, o, klubu rusiyalı iş adamı Maksim Demindən alıb.

Müqavilə İngiltərə Premyer Liqası tərəfindən ratifikasiya edilib. Klubun səhmlərinin 50,1 faizi hazırda Amerikanın “Cannae Holdings Inc” şirkətinə məxsusdur.


Prezident Bill Fouli həm də Milli Hokkey Liqasının “Vegas Qolden Hayts” klubunun sahibidir.

Həmçinin bildirilir ki, “Bornmut”un minoritar sahibləri Hollivud aktyoru, rejissor və prodüser Maykl B. Cordan və prodüser Nulla Sarkerdir.

Demin 2011-ci ildə “Bornmut”un səhmdarı olub (2013-cü ildən səhmlərin 100 faizinin sahibidir). Daha əvvəl onun son iki ildə kluba 60 milyon funt-sterlinq sərmayə qoyduğu bildirilirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Oxşar yazılar