“Lokomotiv” “Verona”nın müdafiəçisi Koray Günteri transfer etmək niyyətindədir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “dəmir yol”u klubu türk oyunçunu potensial gücləndirici hesab edir. Lakin hələlik konkret təklif verilməyib.
28 yaşlı futbolçunun “Verona” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Onun transfer qiyməti 4,5 milyon avrodur.
Günter bu mövsüm İtaliya A Seriyasında 13 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.