Rusiya hokkey yığması 2023-cü il  dünya çempionatından   kənarlaşdırıldı
22 dekabr 2022 16:19 (UTC +04:00)

Rusiya hokkey yığması 2023-cü il dünya çempionatından kənarlaşdırıldı

Rusiya hokkey yığmasının 2023-cü il dünya çempionatında iştirakına icazə verilməyib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Beynəlxalq Hokkey Federasiyasının (FIB) saytında məlumat verilib.

Qeyd edilir ki, bu qərar mövcud geosiyasi vəziyyətlə əlaqədar verilib.

Mart ayında Rusiya 2022-ci ildə hokkey üzrə dünya çempionatına ev sahibliyi etmək hüququnu itirmişdi. Əvvəlcə turnir 2021-ci ildə Sıktıvkarda keçirilməli idi, lakin pandemiya səbəbindən təxirə salınmışdı.

Fevralın sonunda bir çox idman təşkilatları Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi ilə Rusiya və Belarus milli komandalarının turnirlərdə iştirakına qadağa qoyub. Avtomobil idmanı, velosiped idmanı, tennis və şahmat kimi bəzi növlərdə ruslar neytral statusda çıxış etməyə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar