Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo tarix yazmağa doymur.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, DÇ-2022-nin ilk turunda Qana ilə görüşdə hesabı açan 37 yaşlı forvard 5 mundialda qol vuran ilk futbolçu adını qazanıb.
Bu, Ronaldonun mundiallarda vurduğu 8-ci qol olub. Təcrübəli hücumçu 2006, 2010 və 2014-cü illərdə keçirilən turnirlərin hər birində 1 qolla yadda qalıb. DÇ-2018-də isə rəqib qapılarına 4 dəfə yol tapıb.
Daha əvvəl Pele, Uve Zeeler, Miroslav Kloze və Lionel Messi 4 dünya çempionatında qol sevinci yaşayıb.
Qeyd edək ki, hazırda Portuqaliya - Qana matçında hesab bərabərdir - 1:1.